Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 22:43

İranın bağlamaq istədiyi Hörmüz boğazının əhəmiyyəti nədədir?


İran hərbi gəmisi Hörmüz boğazında patrul çəkir.
İran hərbi gəmisi Hörmüz boğazında patrul çəkir.

İran parlamenti hər gün dünya neft tədarükünün 1/5-dən çoxunun keçdiyi mühüm qlobal ticarət marşrutu olan Hörmüz boğazını bağlamaq üçün tədbiri təsdiqləyib.

Tehran əvvəllər də boğazı bağlamaqla hədələyib, lakin bu təhdidi heç vaxt reallaşdırmayıb. Hörmüz boğazının bağlanması ticarətin məhdudlaşmasına və qlobal neft qiymətlərinə təsir göstərə bilər.

İranla yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt və İraq da öz neftini Çinə və digər qlobal bazarlara çatdırmaq üçün bu dar su yolundan asılıdır.

Boğaz Oman və İran arasında yerləşir və şimalda Fars körfəzini, cənubda Oman körfəzini və Ərəbistan dənizini birləşdirir.

Ən dar nöqtəsində onun eni 33 kilometr, gəmiçilik zolağının eni isə cəmi 3 kilometrdir.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan İran hazırda gündə təxminən 3.3 milyon barel neft hasil edir və gündəlik 2 milyon bareldən çox neft və yanacaq ixrac edir.

Boğazın bağlanması Tehran üçün ABŞ-yə birbaşa təzyiq göstərmək imkanı yaradır. Bu addım neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər ki, bu da həm ABŞ-də, həm də qlobal miqyasda dərhal inflyasiyaya yol açacaq.

Lakin belə bir addım İran üçün ciddi iqtisadi özünüsabotaj aktı olardı.

İran öz neft ixracı üçün bu marşrutdan asılıdır və onu bağlamaq Körfəz ərəb dövlətlərini - İsrailin hücumunu tənqid etmələrinə baxmayaraq - öz strateji və iqtisadi maraqlarını qorumaq məqsədilə müdaxiləyə sövq edə bilər.

Hörmüz boğazı
Hörmüz boğazı


XS
SM
MD
LG