Gürcüstanın Ermənistanla sərhədindəki Tsopi kəndində azərbaycanlılarla ermənilər illərdir birgə yaşayırlar. Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında qanlı müharibə illərində - 1990-cı illərin əvvəlində də, münaqişə vəziyyətinin davam etdiyi indiki dövrdə də bu kənddə hər iki etnik qrupdan olan insanlar bir-birinin xeyir-şərinə yarayırlar. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Tsopidən britaniyalı jurnalist Onnik James Krikorian-ın çəkdiyi fotolar. Müəllifin başqa fotoları ilə burada tanış ol.
Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları kənd

13
Tsopinin qonşusundakı Khodjurni kəndində isə sakinlərin əksəriyyəti ermənilərdir. Həmin kənddə azlıqda olan azərbaycanlı sakinlərdən biri.